...

Şahidlər ermənilər tərəfindən törədilən amansız Ballıqaya qətliamı haqda dəhşətli faktları açıqladı (VİDEO)

Siyasət Materials 28 Avqust 2020 11:44 (UTC +04:00)
Şahidlər ermənilər tərəfindən törədilən amansız Ballıqaya qətliamı haqda dəhşətli faktları açıqladı (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

1992-ci ilin avqustun 28-də erməni terrorçu-quldur birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən amansız Ballıqaya qətliamından 28 il ötür.

Trend-in məlumatına görə, şahidlər qətliam barədə AzTV-ə dəhşətli faktlar açıqlayıblar.

Şahidlər bildirib ki, erməni qatilləri Ballıqayada dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər törədiblər, qətlə yetirdikləri insanların meyitlərini yandıraraq külə döndəriblər.

Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində törədilib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti