Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük tarixi hadisə idi

Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük tarixi hadisə idi

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 15-də Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsinin 102-ci ildönümü tamam olur.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Trend-ə deyib ki, Bakı şəhərinin 102 il əvvəl yadelli qüvvələrdən azad edilməsinin böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyətini dərk etmək üçün həmin dövrdə baş verən hadisə və proseslərə nəzər yetirmək lazımdır:

“Bolşevik Rusiyası Birinci dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Anadoludan Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələrindən silahları ələ keçirən erməni quldur dəstələri Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində davam etdirdilər. Azərbaycanlıların həmin qırğınların qarşısını ala biləcək ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm azərbaycanlılara etibar etmədiyindən onlarıhərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənməkdən geri qalır, həm də xidmət etmədikləri üçün vergi ödəyirdilər. Müharibənin sonunda azərbaycanlıların yalnız könüllülərdən ibarət azsaylı “Vəhşi diviziya”sı var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti, erməni silahlı dəstələri ilə birlikdə dinc türk, müsəlman əhaliyə zülm edirdi. Hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında Bakıda bolşevik və erməni qüvvələrinin törətdikləri soyqırımı oldu. Soyqırımının törədilməsində başlıca məqsəd işğal altında olan Bakıya, Xəzər dənizinə, Azərbaycana – dünyanın ürəyi olan Avrasiyaya gedən yola sahib olmaq, Abşeron yarımadasını türksüz, müsəlmansız əraziyə çevirmək və Azərbaycanın dövlət müstəqilliyinin qarşısını almaq idi. Kütləvi qırğınlar digər yerlərdə də davam etdirildi. Qırğınların qarşısını ala bilməyən Transqafqaz Seymi dağıldı.

1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi, Cümhuriyyət quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər – ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Qardaş Osmanlı dövləti köməyə yetişdi. Hələ may ayının ortalarında türk zabitləri Gəncəyə gəlmişdilər. İyunun 4-də Batumda imzaladığı müqavilə ilə Osmanlı dövləti Azərbaycana yardım etməyi üzərinə götürdü. Osmanlının Hərb naziri Ənvər paşa qardaşı Nuru paşanı bu məqsədlə təşkil olunan ordunun komandanı təyin etdi. Azərbaycan və Osmanlı hissələrindən ibarət ordu quruldu. Bakı azad edildikdən sonra problem yaranmaması və yerli əhalidən onun cərgələrinin doldurulması üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı.

Qafqaz İslam Ordusunun hərəkatının hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Azərbaycan hökuməti yardım üçün müraciət etmişdi.

Hərəkatın mənəvi əsasları vardı. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Bütün türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Türk xalqı ilə dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisinə erməni-daşnak və bolşevik qüvvələri soyqırımı törədirdilər. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının türk və müsəlman dünyası qarşısında borcu idi. Qeyd etmək lazımdır ki, hələ buna qədər azərbaycanlı gənclər çarizm orqanlarından xəlvəti olaraq gedib Çanakkala savaşında türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular.

Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də vardı. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarəti qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza yiyələnmək, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə Mosul, Qafqazda isə Bakı nefti uğrunda mübarizə gedirdi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyonluq əhalinin 3 milyonu türk və müsəlman idi.

Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində ingilislərin yardımları ilə qurulan Sentrokaspi diktaturası general L.Denstervil başda olmaqla müttəfiq qüvvələrini Bakıya dəvət etdi.

Qafqaz İslam Ordusunun hücumunu dayandırmaq üçün bolşevik Rusiyası da müəyyən addımlar atdı. Hərəkatın qarşısını almaq üçün bolşevik Rusiyası Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Almaniya tərəfi Bakı neftindən bəlli bir payın müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya və Osmanlı müttəfiq deyildilər. Almaniyanın təzyiqləri Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandırıldığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. İngilislər və Sentrokaspi diktaturası hücumun qarşısında tab gətirə biməyib qaçdı. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə idi. Azərbaycan və Türkiyə silah qardaşlığı sayəsində Azərbaycan dövləti və xalqı təbii, tarixi, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Azərbaycanlıların milli ruhu yüksəldi, çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Azərbaycan xalqına qarşı qurulan planlar iflasa uğradıldı. Az sonra erməni silahlı bandaları Qarabağdan qovuldu.

1920-ci ildə müstəqil dövlət süqut etdikdən sonra qurulan sovet rejimi şəraitində Azərbaycan türk millətinin istiqlal savaşına yardımlar etdi.

Sovet dövründə ağır şərtlər altında yaşamasına, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək SSRİ-də türk düşmənçiliyinin, sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi.

SSRİ-nin hələ dağılmadığı bir zamanda Türkiyə Cümhuriyyəti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. “Əsrin müqaviləsi” imzalandıqdan sonra əsas ixrac neft boru kəmərini Türkiyə ərazisindən keçirməklə Azərbaycan dövləti qardaş ölkənin regionun güc mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynadı.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Qafqaz İslam Ordusu əsgərlərinin qəhrəmanlığı daşlaşmış abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.

Dövlətlərimiz arasında silah qardaşlığı bu gün də davam edir. Hərbi sahədə əməkdaşlığın müqavilə-hüquq əsasları qurulub və təkmilləşdirilir. Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda türk ordu hissələrinin iştirakı, bir müddət əvvəl isə Türkiyə və Azərbaycan ordularının ölkəmizin ərazisində birgə hərbi təlimlərinin keçirilməsi təkcə tarixi xatırlatmadı, eyni zamanda əməkdaşlığın böyük potensialının və perspektivinin olduğunu göstərdi.

Əgər o zaman Azərbaycan ordusu hələ formalaşmamış və zəif idisə, bu gün “Global Firepower-2019”un hesabatına görə, dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. Cənab Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində ölkəmizdə son illərdə 20-dən çox hərbi zavod istifadəyə verilib. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordu həmin məhsullarla təchiz olunur, eyni zamanda hərbi məhsullar ixrac edilir.

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Loading Bars
Xəbər lenti
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi (VİDEO)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı
Hərbi Qənimətlər Parkı yeni reallıqların nümunəsidir - Deputat
Bütün xəbərlər