...

Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb

Siyasət Materials 27 Sentyabr 2020 16:01 (UTC +04:00)
Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlıq keçirir:

"Fransa davam edən genişmiqyaslı toqquşmalardan, xüsusilə mülki əhali arasında itkilərin olması xəbərindən dərin narahatlıq keçirir. Biz tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq.

Fransa Minsk qrupunun həmsədri olaraq, Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq, danışıqlar yolu ilə davamlı həllinə nail olmaq üçün öz öhdəliyinə sadiq qaldığını bir daha təsdiq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti