Bakı. Samir Əli - Trend::
Ermənistan xarici jurnalistləri döyüş bölgəsinə müxtəlif adlarla çağıraraq onları hədəfə çevirməyə çalışır
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O xarici jurnalistləri həmin ərazilərə daxil olmamağa çağırıb:
"Əgər onlar atəş məntəqələrinə yaxın ərazilərə gətirilirsə, onların təhlükəsizliyinə cavabdeh deyilik. Ermənilər həmin jurnalistləri atəş nöqtəsinə yaxın ərazilərə gətirir və təxribatlarını davam etdirir. Bu məsələdə birbaşa məsuliyyət Ermənistan üzərinə düşür".