...

Anar Eyvazov: Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır

Siyasət Materials 6 Oktyabr 2020 20:20 (UTC +04:00)
Anar Eyvazov: Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır

Bakı. Samir Əli - Trend:

Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır. Bununla hərbi uğursuzluqlarını ört-basdır etmək istəyir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, düşmən ordusu işğal altındakı ərazilərə nəzarəti itirib:

"Bu uğursuzluğu həzm edə bilməyən düşmən müxtəlif təxrabatlara əl atır. Həmçinin, Ermənistan əhalisini də aldadır, onları fəlakətə aparır. Azərbaycan tərəfi bütün beynəlxalq hüquq normalarına riayət edərək yalnız hərbi obyektləri hədəf alır, mülki şəxslərə atəş açmır. Azərbaycan tərəfi humanitar dəhlizlərin açılmasına razı olduğunu bəyan edib. Bununla bağlı Ermənistan əhalisinə də müraciətlər edilib. Hətta Azərbaycan təslim olmaq istəyən hərbçilərin də ərazidən təhlükəsiz çıxmasına şərait yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti