...

Deputat: Düşmənin yaymaq istədiyi böhtanları heç bir halda ölkə daxilində tirajlamamalıyıq

Siyasət Materials 8 Oktyabr 2020 09:24 (UTC +04:00)
Deputat: Düşmənin yaymaq istədiyi böhtanları heç bir halda ölkə daxilində tirajlamamalıyıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Düşmənin yaymaq istədiyi təxribat xarakterli məlumatları, böhtanları heç bir halda ölkə daxilində tirajlamamalıyıq.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün döyüş yalnız səngərlərdə deyil, eyni zamanda virtual aləmdə də gedir. Düşmən torpaqlarımızı işğal etməklə yanaşı, beynəlxalq aləmə Azərbaycan həqiqətləri ilə bağlı yalan informasiya verməyə çalışır və beynəlxalq ictimaiyyəti çaşdırır, diqqəti məsələnin əsl mahiyyətindən uzaqlaşdırmağa səy göstərir:

“Buna görə də bu gün hər birimiz bu məsələdə siyasi döyüşçü olduğumuzu bir daha göstərməliyik. İnformasiya müharibəsində mübarizə təkcə ideoloqların, jurnalistlərin, tədqiqatçıların işi deyil. Bu, hər bir vətəndaşımızın işidir. Bu gün rəsmi məlumatlarda, ilk növbədə Prezident İlham Əliyevin çıxışlarında hər gün cəbhə bölgəsi ilə bağlı dolğun məlumat verilir. Bu məlumatlar videogörüntülərlə təsdiqlənir. Bu baxımdan hər birimizin bu məsələdə diqqətli olmağımız vacib hesab edilir”.

A.Mirzəzadə qeyd edib ki, bu gün xarici dil biliklərinə malik ziyalılarımız, tədiqatçılarımız, tələbələrimiz öz müstəvilərində xarici informasiya resurslarında, kütləvi informasiya vasitəsilərində son günlər baş verən hadisələrlə bağlı, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barəsində informasiyalar yerləşdirə bilərlər:

“Burada sosial şəbəkədə fəaliyyət də rol oynayır. Xarici dildə olan sosial şəbəkədə iştirak edən hər bir kəs öz aktivliyini göstərməlidir. Bu məsələdə müsbət təcrübə kifayət qədərdir. Azərbaycan ziyalıları ermənilərin yalanlarına müsbət arqumentlər əsasında tutarlı cavab verirlər. Bu gün Ermənistan yalnız cəbhədə deyil, informasiya məkanında da bizim gücümüzü yoxlamağa çalışır. Biz buna layiqli cavab verməliyik. Torpaqlarımızın işğaldan azad edilməsi, bütövlüyü məsələsi informasiya məkanında da müzakirə edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti