...

Ermənilərin Belçikada dəstək aksiyası polis tərəfindən dağıdıldı (VİDEO)

Siyasət Materials 8 Oktyabr 2020 17:39 (UTC +04:00)
Ermənilərin Belçikada dəstək aksiyası polis tərəfindən dağıdıldı (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilərin Belçikanın paytaxtı Brüsseldə Ermənistana dəstək aksiyası polis tərəfindən dağıdılıb.

Trend-in məlumatına görə, bir qrup erməni Avropa Parlamentində Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunduğu gün Ermənistana dəstək aksiyası keçirməyə çalışıb.

Etirazçılar təyin olunan vaxtda dağılışmayıb və Brüsselin ən işlək küçələrindən biri olan “Rue de la Loi” küçəsinin altından keçən tuneli bağlayıb. Bundan sonra polis etirazçılara qarşı təzyiqli sudan istifadə edərək onları dağıdıb.

Brüssel polisinin nümayəndəsi bildirib ki, etirazçılar könüllü olaraq getmədiyi üçün təzyiqli sudan istifadə etmək məcburiyyətində qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti