...

Aİ Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Siyasət Materials 9 Oktyabr 2020 18:33 (UTC +04:00)
Aİ Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin Xarici İşlər nazirləri oktyabrın 12-də keçiriləcək iclasda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının nümayəndəsi bildirib.

Qeyd olunub ki, iclas Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunları nəzərə alınmaqla keçiriləcək:

"Nazirlər böyük ehtimalla Moskvada görüşəcək. Görüşün nəticələrini gözləyək və bazar ertəsi buna uğun olaraq Aİ-nin münaqişənin tənzimlənməsinə necə kömək edə biləcəyini müzakirə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti