...

Azərbaycan hələlik Qarabağda rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi fikrini dəstəkləmir - Hikmət Hacıyev

Siyasət Materials 16 Oktyabr 2020 11:29 (UTC +04:00)
Azərbaycan hələlik Qarabağda rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi fikrini dəstəkləmir - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə və “Euractiv” portalına müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:

“Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.

Müsahibələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.elmundo.es/internacional/2020/10/16/5f886444fdddff835f8b469f.html

https://www.euractiv.com/section/azerbaijan/opinion/attacks-by-armenia-against-azerbaijani-civilians-and-critical-infrastructure-should-not-be-overlooked/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti