...

Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Siyasət Materials 17 Oktyabr 2020 08:26 (UTC +04:00)
Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Castin Trüdou ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi​​ bildirib.

Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.

Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir.

Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti