...

Azərbaycana dəstək üçün Bakıdayıq - Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti (FOTO)

Siyasət Materials 2 Noyabr 2020 13:27 (UTC +04:00)
Azərbaycana dəstək üçün Bakıdayıq -  Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın hücumlarına qarşı vuruşan Azərbaycana dəstək vermək üçün Bakıdayıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın hücumlarına qarşı qəhrəmanlıqla mübrizə aparan Azərbaycan ordusuna qələbə arzu edir: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa, Azərbaycan xalqına qələbə arzulayıram.

Ermənistanın Azərbaycanda mülki insanlara hücumlarını şiddətlə qınayram. Azərbaycan Ordusunun qazandığı uğurlar bütün Türk dünyasını qürurlandırır. Biz Azərbaycanla əlaqələrə “bir millət iki dövlət” anlayışı ilə baxırıq. Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxacağına əminik. Hər zaman sizin yanınızdayıq, Qarabağ Azərbaycandır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti