...

Qərb jurnalistləri ilə müsahibələrində Azərbaycan Prezidenti tam bir master-klass keçir - Deputat

Siyasət Materials 3 Noyabr 2020 12:07 (UTC +04:00)
Qərb jurnalistləri ilə müsahibələrində Azərbaycan Prezidenti tam bir master-klass  keçir - Deputat

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü dvam edir.

Hər gün qəhraman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq. Müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır.Təcavüzkar Ermənistanın 27 sentyabr tarixindən Azərbaycana qarşı geniş miqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın 23-dən çox məşhur televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, münaqişənin tarixi ilə bağlı, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. 31 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Almaniyanın məşhur ARD televiziya kanalına vermişdir. Müsahibə vaxtı müxbirin atəşkəsin pozulması və sülh barədə sualını cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, atəşkəsi pozan Ermənistandır. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı hərbi cinayyətlər törətmiş, nəticədə 91 mülki şəxs öldürülmüş,404 nəfər xəsarət almışdır. Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

Müsahibə zamanı cənab Prezident müxbirin açıqladığı bir-çox feykləri təkzib edərək məntiqə və tarixi faktlara əsaslanan cavablar vermişdir. Müxbirin Dağlıq Qarabağı azad etməyin hansı məqsəd daşıdığı ilə bağlı sualını cavablandırarkən cənab Prezident bildirmişdir ki, Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. Müxbirin “Dünya üzrə əksər tarixçilər” ifadəsinə münasibət bildirən cənab Prezident bu ifadənin də yanlış olduğunu bildirərək jurnalistə bəsit tarixi həqiqətləri izah edərək, tarixi mənbələrlə işləmək dərsi keçdi.

Ümumiyyətlə Qərb jurnalistləri ilə müsahibələrində cənab Prezident tam bir master-klass keçir. Bununla yanaşı, müsahibələr həmin KİV-lərin bəzilərinin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty İnternational” və “ Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təstiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəsübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər.

Ali Baş Komandan, Prezident İlham Əliyev ona ünvanlanan qərəzli suallara, xarici mediyanın sərgilədiyi ermənipərəst mövqeyə baxmayaraq, tarixi faktlara söykənən və əsaslandırılmış cavabları hələ çox jurnalistləri məəttəl qoyacaqdır.

Prezidentin Almaniyanın ARD televiziya kanalına verdiyi bu müsahibəsindən sonra həm qərb mediası həm də onun təmsilçisi anladı ki, Azərbaycan Prezidenti ona qarşı yönəlmiş ən mürəkkəb və qərəzli suallara belə verdiyi mükəmməl cavablarda dərin məntiqi və məlumatlılığı, yüksək intelektual səviyyəsi ilə qarşısındakı istənilən jurnalisti tərk-silah etməyə qadirdir. Cənab Prezident, Ali Baş Komandan növbəti dəfə sübut etdi və əyani şəkildə göstərdi ki, sadəcə döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında da xalqın və dövlətin maraqlarını ən yüksək səviyydə qorumaqda davam edir. Cənab Prezident öz xalqının maraqlarını və mənafeyini qürurla, ləyaqətlə qoruyur.

İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində qaldırılacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti