Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil - Vitse-spiker

Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil - Vitse-spiker

Bakı. Elçin Mehdiyev – Trend:

Əks-hücum əməliyyatlarının başlanmasından qısa bir müddət - bir ay keçməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyində Azərbaycan Ordusu çox böyük qətiyyətlə irəliləyərək uzun illərdir düşmən tapdağında qalmış bir çox ərazilərimizi işğaldan azad etdi və bu istiqamətdə mübarizəsini müvəffəqiyyətlə davam etdirir. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, dövlət tərəfindən uzun illərdir ordu quruculuğuna göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir:

“Bu gün Azərbaycan Ordusu beynəlxalq təşkilatların hesabatlarında dünyanın ən güclü orduları sırasında ilk 50-liyə daxildir. Ordumuz maddi-texniki təchizatı, şəxsi heyətinin komplektləşdirilməsi baxımından malik olduğunu üstünlüklər sayəsində qısa zaman kəsiyində Ermənistan ordusuna qarşı döyüşlərdə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğunu bir daha nümayiş etdirdi.

Ermənistan tərəfindən işğal edilmiş ərazilər Şanlı Ordumuz tərəfindən ard-arda azad edilir və Qarabağa artıq yeni nəfəs gəlir. Hər bir azərbaycanlı bu gün qürurverici bir tarixə şahidlik edir. Belə möhtəşəm qələbələrin əldə edilməsi dövlət başçısı tərəfindən uzun illər ərzində sistemli şəkildə həyata keçirilən hərbi, siyasi, iqtisadi və geopolitik sahədə uğurlu idarəetmənin nəticəsidir. Biz hər gün Müdafiə Nazirliyinin paylaşdığı videogörüntüləri böyük maraqla izləyirik. Düşmənə məxsus olan texnikaların və şəxsi heyətin məhv edilməsi və ya qənimət olaraq ələ keçirilməsi xalqımızda çox böyük ruh yüksəkliyi yaradır. Eyni zamanda da hamımızı düşünməyə vadar edir ki, məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardan çoxdur. Ermənistan isə müflis ölkədir, heç bir gəlir qaynağı yoxdur, xarici borcu büdcəsindən azı 5 dəfə daha çoxdur, belə ki, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardan çoxdur. Habelə, COVİD-19 xəstəliyinin Ermənistan ərazisində çox sürətli yayılması, iqtisadiyyata artıq qarşısı alınmaz zərbə vurub, belə olan halda bu qədər qiymətli silah Ermənistan da hardandır?

Ötən müddət ərzində üç dəfə humanitar atəşkəs elan olundu. Ermənistan hər dəfə bu atəşkəsi kobud şəkildə pozdu. İlk dəfə humanitar atəşkəsdən sonra Gəncə şəhərinin raket zərbələri ilə vurulması zamanı 10 nəfər dinc sakin şəhid oldu. Növbəti dəfə yenidən Gəncə şəhərinə düşmən hücumuna məruz qaldı. Sonuncu dəfə isə Bərdə rayonuna olan raket hücumu Ermənistanın əsl niyyətini bütün dünyaya göstərdi. Ermənistan tərəfi atəşkəsi hər dəfə pozmaqla bu istiqamətdə vasitəçi olan ölkələrə hörmətsizlik edir. Həmin münasibəti Ermənistan bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməklə də nümayiş etdirib.

Eyni zamanda, məlum qətnamələri qəbul edən, münaqişə ilə bağlı, o cümlədən atəşin dayandırılması istiqamətində təşəbbüslər irəli sürən dövlətlər də bu məsələyə laqeyd yanaşırlar. Hər addımda beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan, müharibə qanunlarını tanımayan bir ölkəni durdurmaq üçün heç bir səy göstərmirlər. Dəfələrlə deyilib ki, Ermənistan baş nazirinin göstərişi ilə Livandan, Suriyadan ailələr gətirilib və qeyri-qanuni olaraq Qarabağa yerləşdirilir. Lakin buna qarşı heç bir tədbir görülmür. Əksinə, baş nazir bu cəzasızlıq mühitindən sui-istifadə edərək Şuşada inauqurasiya mərasimi keçirib. Bundan başqa, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi və digər təxribatlar törədir”.

A.Əliyev bildirib ki, BTM Təhlükəsizlik Şurasının məlum qətnamələri icra etmədiyinə görə Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmək hüququ var idi, bu sanksiyaların effektliyini İraqın nümunəsində görmüşdük:

“Lakin, nədənsə Ermənistanın bu aqressiv davranışının qarşısını almağa heç kəs cəhd etmir. Belə olan halda isə işğalçı dövlətin cəzalandırılması missiyası və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək vəzifəsi Rəşadətli Ordumuzun üzərinə düşdü.

Bu, bir həqiqətdir ki, Ermənistanın təcavüzkar əməlləri təkcə regiona yox, eyni zamanda, bütün dünyaya təhdiddir. Regionda baş verən bütün konfliktlərin yaradıcısı Ermənistandır. Ermənistanın hazırkı siyasi rəhbərliyi öz xələfləri kimi cinayətkardır və işğalçılıq siyasətini yürütməkdə davam edir. Mülki əhalini hədəf alaraq, beynəlxalq hüququn tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyasının normalarını kobud şəkildə pozur.

Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə alması, Gəncə və Bərdə şəhərlərində eləcə də digər rayon və şəhərlərimizdə mülki vətəndaşlarımıza raket zərbələri endirməsi, nəticədə içərisində uşaqlar və qadınlar olan insanlarımızın ölməsi heç cür qəbul edilən deyil. Baxmayaraq ki, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatlar hazırda mülki vətəndaşlarımızın ölümünə heç bir reaksiya vermir. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirməsini sanki görməzdən gəlir, bu təşkilatların hansısa maraqlara xidmət etdiyini artıq heç kəs inkar etmir.

Hazırda Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranıb. Bu, iqtisadi, nəqliyyat, geosiyasi sahədə, habelə regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək, təxribatlar törədərək buna mane olmağa çalışır.

Bu gün Azərbaycan xalqı ilə yanaşı, bütün sülhsevər dünya ictimaiyyəti ədalətin bərqərar olunacağını - Ermənistan təcavüzünə tezliklə son qoyulacağı, Azərbaycanın tarixi torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyümüzün bərpa olunacağı günü gözləyir. Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, multikultural dəyərləri yüksək qiymətləndirən tolerant bir ölkə kimi tanınıb. Multukulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsində aparılıb. Bu da onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda xalqımızla yanaşı başqa millətlərin nümayəndələrinin də yaşaması üçün heç bir məhdudiyyət olmayacaq. Məlumdur ki, erməni xalqı Azərbaycan torpaqlarına Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra köçürülməyə başlayıb və həmin ərazidə yaşamaları son 200 ili əhatə edir. Onlar yenidən xalqımızla mehriban şəraitdə yaşamaq istəsələr bunun üçün bütün şərait yaradılacaq.

Artıq işğaldan azad edilmiş ərazilərdə xüsusi idarəetmənin formalaşdırılması, vətəndaşlarımızın öz tarixi torpaqlarına geri qayıtması, Dağlıq Qarabağı bərpa edərək onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək dövlətimizin müqəddəs amalıdır”.

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Loading Bars
Xəbər lenti
Daha bir məktəb 1 həftəlik bağlandı - səbəb COVİD-19
FHN əməkdaşlarının vaksinasiyasına başlanılıb (VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"ni ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Bütün xəbərlər