...

Paşinyan Ermənistanı regiondan təcrid edib, uçuruma aparır

Siyasət Materials 5 Noyabr 2020 12:24 (UTC +04:00)
Paşinyan Ermənistanı regiondan təcrid edib, uçuruma aparır

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan xalqı hələ də ağlı başında, özünün deyil də xalqının, dövlətinin maraqlarını müdafiə etmək iqtidarında olan lider tapa bilməyib. Ermənistanın hazırki baş naziri atdığı düşüncəsiz addımlarla öz ölkəsini bütün regiondan təcrid edir və beləliklə onsuz da aciz vəziyyətdə olan xalqını uçuruma sürükləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, bu Vətən müharibəsində kimin haqq və ədaləti, kimin də qanunsuzluğu dəstəklədiyini açıq gördük və görürük:

“30 illik işğalçılıq siyasəti yürüdən Ermənistan üçün bu müharibə tam iflasla nəticələndi. Region ölkələrinin, Rusiya, Türkiyə, Gürcüstan və hazırda İranın da məsələ ilə bağlı mövqeyi bir daha onu göstərir ki, Azərbaycan haqq yolundadır və öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Heç bir ağlı başında ölkə Ermənistanın haqsız mövqeyinə dəstək vermir və bu ölkənin qanunsuz işğal etdiyi torpaqlardan, yəni Azərbaycanın əzəli torpaqlarından çıxarmasını birmənalı zərurət kimi görürlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sülhlə bağlı çağırışlarını rədd edən və qanunsuz işğala son vermək istəməyən “soros” oyuncağı Paşinyan bir mənalı şəkildə Ermənistanı regiondan təcrid edir. Halbuki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə və torpaqlarımızdan çıxsa inkişaf edə bilər, regionda həyata keçirilən layihələrdə iştirak edə bilər.

Bütün dünya ictimaiyyəti və xüsusən də erməni xalqı anlamalıdır ki, ermənilərin dünyaya qışqırdığı kimi bizim düşmənimiz erməni xalqı deyil, Ermənistanın hərbi-siyasi rəhbərliyi, parçalanaraq Yerevana köçmüş Dağlıq Qarabağdakı qondarma rejim, Ermənistanda və xaricdəki ayrı-ayrı millətçi, başıpozuq şəxslərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti