Bakı. Trend:
Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli Prezident Əliyev,
Şuşa şəhərinin azad olunması Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcək olduqca mühüm bir addımdır. Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızladır".