...

Hikmət Hacıyev: Şəhidlərimiz geosiyasi oyunları darmadağın ediblər

Siyasət Materials 11 Noyabr 2020 07:45 (UTC +04:00)
Hikmət Hacıyev: Şəhidlərimiz geosiyasi oyunları darmadağın ediblər

Bakı. Trend:

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın ediblər.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə 'fait accompli' prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi",-deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti