...

Müharibə cinayətləri törədən Ermənistanın cəzalandırılması bəşəriyyət üçün vacibdir

Siyasət Materials 11 Noyabr 2020 12:39 (UTC +04:00)
Müharibə cinayətləri törədən Ermənistanın cəzalandırılması bəşəriyyət üçün vacibdir

Bakı. Samir Əli - Trend:

Ermənistan Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq məhkəmədə cavab verməli olacaq.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, bu ölkə uzun müddət sürən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına qarşı terror törədib: "Ermənistan Azərbaycana qarşı 1988-ci ildən terror törədir. Onlar dəfələrlə Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədib. 1992-ci ildə törədilən Xocalı soyqırımı dünyada anoloqu olmayan cinayətdir. Ermənistana vaxtilə rəhbərlik edən Köçəryan, Sarkisyan və digərləri bu cinayətləri törədib. Onlar vəzifəyə gəlmək məqsədləri ilə bu cinayəti törədib və bundan istifadə edərək məsuliyyətdən kənarda qalıblar. Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın törətdiyi terror aktları isə onu deməyə əsas verir ki, onlar daim təcavüz yolunu tutub, terrorçuluqla hakimiyyətə gələrək Azərbaycan xalqının qanını töküb, bu çirkin niyyətlərini uzun illər həyata keçirib. Gəncə və Bərdə hadisələri, Tərtər, Goranboy və digər ərazilərə qadağan olunmuş raketlər atılması müharibə cinayəti və terror aktıdır. Ermənistan bu terrorlara görə konkret cavab verməlidir, məsuliyyətə cəlb edilməlidir. Hazırda Azərbaycanın Baş Prokurorluğunda bu cinayətlərlə bağlı cinayət işləri başlanıb, araşdırmalar davam edir və lazım olan faktlar toplanmaqdadır".

Millət vəkili bildirib ki, Xocalı soyqırımı və digər erməni cinayətləri ilə bağlı tutarlı faktlar aidiyyəti qurumlara göndərilsə də, bu gün həmin cinayəti törədənlər azadlıqdadır: "Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad elədi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqla birliyinin nəticəsində torpaqlarımız düşmən tapdağından təmizləndi. Amma baş verən cinayətlər cavabsız qalmamalıdır. Dinc əhalinin erməni vəhşiliklərinin dəhşətlərini yaşaması cəzasız qalmamalıdır. İnsanların başlarına gətirilənlərə görə cinayətkarlar cavab verməlidir. Bu Azərbaycanla yanaşı, dünya üçün də vacibdir. Çünki dünya terror törədənlərlə mübarizə aparır və onların cəzalandırılmasına çalışır. Həmin cinayətkarlar beynəlxalq hüquq normalarını pozub, dinc sakinlərə qarşı qətliamlar törədiblər. Ona görə də cinayət cəzasız qalmamalıdır. Terror həm bizim üçün, həm də bəşəriyyətin sühsevər xalqları üçün yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti