Bakı. Trend:
Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.
P.Bülbüloğlu bildirib: "Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir".
Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur.