Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Ermənistan silahlı qüvvələrinin və mülki əhalinin işğal edilmiş ərazilərimizi təhvil verməsi prosesini izləyr.
Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın malik olduğu texnoloji imkanlar da tətbiq olunaraq, Ermənistan Silahlı Qüvvəlrinin döyüş mövqelərindən çəkilməsi izlənilir ki, öhdəliklər vaxtında icra edilmiş olsun.
PA rəsmisi əlavə edib ki, Kəlbəcər əsgərlərmizin həyatını qoruyaraq, şəhid vermədən, qan tökükmədən işğaldan azad edilir. Ağdam və Laçının da tezliklə qan tökülmədən işğaldan azad edilməsi nəzərdə tutulur.