Vüqar Rəhimzadə: Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

Vüqar Rəhimzadə: Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

Bakı. Trend:

2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi, həmrəyliyimizi vacib amil kimi önə çəkərək "Biz birlikdə güclüyük!" çağrışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu birliyə öz töhfəsini verməyə səy göstərir. Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər. Necə ki, həkimlərimiz onlardan şəfa gözləyən xəstələrin qayğısını çəkmək üçün gecəli-gündüzlü fədakarlıq göstərir, eynilə Azərbaycan polisi, təhlükəsizlik orqanlarının əməkdaşları da həyatlarını bütün hallarda riskə ataraq sabitliyin, təhlükəsizliyin təminatçıları kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan, əgər belə demək mümkündürsə, iki cəbhədə müharibə aparır. Hər iki müharibə ilk növbədə ölkədə sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, ayıq-sayıq olmağa çağrışlar edir: "Hər kəs bu reallığın şahidi oldu ki, bu çətin günlərdə dövlətin, xalqın təhlükəsizliyinin təminatı, insanların sabit, təhlükəsiz şəraitdə yaşaması prioritetdir, bu missiyanı yerinə yetirən qurumlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və müasir iş üslubu olsun. Ümummilli Liderin bu fikirləri Azərbaycanın hazırkı reallıqlarında öz aydın ifadəsini tapıb. Azərbaycanın dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər. O cümlədən bu gün Azərbaycan polisi dövlətə və xalqa sədaqət kimi ali prinsipləri rəhbər tutaraq insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində ayıq-sayıq dayanır. Onların əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Vətən müharibəsinin gedişində Azərbaycan sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, tolerant ölkə olduğunu da bir daha təsdiqlədi. Yeni dövrün tələblərinə və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönələn islahatlar beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda həmişə olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi dövründə də sabitliyin təmin olunmasına, beynəlxalq erməni terrorizminə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açdı."

Baş redaktor diqqəti Azərbaycan polisinin fədakarlığına da yönəldərək bildirib ki, sərt karantin dövründə sosial şəbəkələrdə təqdim olunan videogörüntülərdə asayiş keşikçilərinin insanların qayğıları ilə yaşayaraq humanizm prinsiplərinə əsaslanmaqla onlara necə böyük dəstək göstərdikləri öz əksini tapır: "Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayının artması məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirir ki, bu da öz növbəsində Azərbaycan polisini daha da ayıq-sayıq olmağa çağırır. Bəzi rayonlara gediş-gəlişə qoyulan qadağalar keçid məntəqələrində polislərin iş funksiyasının gərginliyini artırır. Polisimiz virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmasına nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq addımlar atır. Beləliklə, mübaliğəsiz demək olar ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanları sırasındadır.”

"Bu gün Azərbaycan şanlı qələbəni qeyd edir" söyləyən baş redaktor bildirib ki, koronavirus infeksiyasının coğrafiyasının genişləndiyi indiki məqamda Azərbaycan Ordusunun tarix yazması, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etməsi insanların öz sevinclərini paylaşmaq üçün küçə və meydanlara axışması ilə nəticələnir ki, bu da hazırkı dövrdə böyük riskdir. Amma Azərbaycan polisi hər kəsin sevincinə şərik olmaqla yanaşı, ictimai asayişi qorumaq üçün üzərinə düşən vəzifəni də layiqincə, heç bir xoşagəlməz hallar yaşanmadan yerinə yetirməyə səy göstərir: "Dövlətimizin başçısı İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, hərbi vəziyyətlə əlaqədar ölkəmizdə komendant saatı elan olundu. Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub və asayiş keşikçilərimiz hərbi vəziyyətin tələblərinə uyğun olaraq öz vəzifə səlahiyyətlərini yüksək peşəkarlıqla və vicdanla yerinə yetirirlər.”

Vüqar Rəhimzadə bildirib ki, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışla əlaqədar olaraq hazırlıq işləri görülür: “Dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ictimai asayişin təminatçıları böyük qürur hissi ilə bu qayıdışa hazırlıq işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Birliyimizin, həmrəyliyimizin sayəsində əldə edilən tarixi Qələbə bir daha bu reallığı təsdiqlədi ki, xalqın və dövlətin yüksək səviyyədə təhlükəsizliyi mühitinin formalaşması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Azərbaycan Ordusu ilə, həmçinin təhlükəsizliyimizin, sabitliyimizin təmin olunmasında xüsusi rolu olan təhlükəsizlik orqanları və Azərbaycan polisi ilə fəxr edir. Birliyimiz yeni-yeni hədəflərə nail olmağımıza, ölkəmizin gələcək inkişafına daha böyük imkanlar açır.”

Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Loading Bars
Xəbər lenti
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionisti əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Bütün xəbərlər