Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb (FOTO)

Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.

Trend-in məlumatına görə, “Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabat” adı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi təcavüzə dair faktlar, o cümlədən raket və ağır artilleriya zərbələri nəticəsində yaranmış tələfat və dağıntılar əksini tapıb.

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun hesabata yazdığı təqdimatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla insan haqlarını qorumaq məqsədilə təsis edilən beynəlxalq təşkilatların missiyası xatırlanır. Diqqətə çatdırır ki, təcavüzkar Ermənistan dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və bu azmış kimi, davamlı olaraq təxribatlar törədərək yeni ərazi iddiaları irəli sürüb. Sentyabrın 27-də başlayan müharibənin və hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən müharibə cinayətlərinin birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı məqsədyönlü hücumları nəticəsində Azərbaycanda uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 94 dinc sakinin öldürüldüyü, 400 nəfərdən çox günahsız şəxsin yaralandığı xatırlanır. Vurğulanır ki, insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar bu bəşəri cinayətə səssiz qalmamalıdırlar.

Hesabatın “Dağlıq Qarabağ məsələsi” adlı bölməsində tarixi faktlar və rəsmi sənədlər təqdim olunur. Bu bölmədə ermənilərin regiona sonradan köçürülməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan torpaqlarının hesabına indiki Ermənistan dövlətinin yaradılması, eləcə də bu ölkənin əzəli sakinləri olan azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti bu bölmədə öz əksini tapıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu zəbt etdiyi diqqətə çatdırılır. Münaqişənin həlli üçün beynəlxalq məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi vurğulanır.

“Münaqişə bölgəsindəki gündəlik vəziyyət” bölməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alması barədə məlumat verilir. Burada ballistik raket və artilleriya zərbələri ilə hədəfə alınan dinc insanların hücum nəticəsində hansı acınacaqlı vəziyyətə düşmələri orijinal fotolarla təqdim olunur. Dağıntı və tələfatın göstəriciləri Ermənistanın müharibə cinayətləri barədə aydın təsəvvür yaradır. Bildirilir ki, müharibə günlərində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 3410 fərdi evə, 120 çoxmərtəbəli binaya və 512 mülki obyektə ciddi ziyan dəyib.

“Hücumların insan haqlarının pozulması aspektindən dəyərləndirilməsi” bölməsində 1949-cu ilin Cenevrə Konvensiyası, 1977-ci il tarixli eyni mahiyyətli protokollar, humanizm prinsipləri xatırladılır. Göstərilir ki, təcavüzkar Ermənistan üç dəfə atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın dinc əhalisinə qarşı dağıntı və tələfatla nəticələnən hücumlar edib. Dağıntı və tələfatın miqyası, habelə hücumların edilməsi vaxtı deməyə əsas verir ki, bütün bu hadisələr məqsədli və planlı şəkildə törədilən cinayətlərdir.

Hesabatın nəticə hissəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın dinc əhalisini, yaşayış məskənlərini və mülki infrastrukturunu hədəf alan raket və artilleriya hücumlarının xronologiyası, eləcə də həmin zaman kəsiyində qətlə yetirilən və yaralanan insanların siyahısı təqdim olunub. Siyahıda qətlə yetirilən şəxslərin ad, soyad və ata adları, yaşları, onların harada və hansı formalı hücum nəticəsində öldürülmələri aydın şəkildə göstərilib.

Hesabatın əhatə dairəsi, əlavə edilən fotolar və infoqrafika üslubunda məlumatlar oxucuda ilk baxışdan mövzu ilə bağlı aydın təsəvvür yaradır. Hesabat təkcə beynəlxalq təşkilatlar və məhkəmə orqanları üçün deyil, eyni zamanda, tarix, politologiya, münaqişələrin təhlili, terror, müharibə, hərbi cinayətlər və s. sahələr üzrə araşdırmaçılar üçün də əyani vəsaitdir.

Bildirilir ki, hesabat bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə də Türkiyədə və digər dövlətlərdə insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.

Xatırladaq ki, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış yerlərdə olub, yaralanan insanlarla görüşüb, törədilən müharibə cinayətinin fəsadlarını öz gözləri ilə görüblər.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Bütün xəbərlər