Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker

Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

İşğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda rəşadətli ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan amansız zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı. Vətən müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan qələbə yürüşü adekvat olaraq diplomatik masada da ölkə başçısı tərəfindən çox böyük uğurla davam etdirilir.

Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı. Baxmayaraq ki, BMT-nin qəbul edilmiş və icra edilməmiş, kağız üzərində qalmış dörd qətnaməsinin Ermənistan tərəfindən icra edilməsi ilə əlaqədar bu vaxta qədər beynəlxalq təşkilatlar heç bir tədbir görməmişlər.

Şanlı Ordumuz tərəfindən ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, Ermənistan məcbur qalaraq kapitulyasiya aktını imzalamaq barədə öhdəlik götürməyə məcbur oldu. Öhdəliyin icra edilməsi barədə qrafikin tərtib olunması nəticəsində ilkin olaraq Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, 25 noyabr tarixində isə Kəlbəcər rayonunun təhvil verilməsindən sonra Laçın rayonu işğaldan azad edilməli idi.

Laçın rayonu Ermənistan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edirdi, buna görə də Ermənistan və onun havadarları Laçının təhvil verilməsini heç vaxt istəməmişdilər. Onların Laçın və Kəlbəcər rayonlarını verməkdən imtina etmələrinin əsas səbəbi ondan ibarət idi ki, bu müddət ərzində qeyd olunan ərazidə qanunsuz məskunlaşmanı həyata keçirmiş və ora çoxlu erməni ailələri köçürmüşdülər.

Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Ölkə başçısının xalqa müraciətində qeyd etdiyi kimi, “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın rayonunun Ermənistan tərəfindən işğaldan azad edilərək təhvil verilməsi qazandığımız qələbənin məntiqi yekunudur. Ermənistan Laçın rayonunu təhvil verməklə, kapitulyasiyada üzərinə götürdüyü növbəti şərti icra etməyə məcbur oldu. Baxmayaraq ki, Ermənistan 28 ildir heç bir öhdəliyi icra etmirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Şanlı Ordumuzun göstərdiyi şücaət, düzgün şəkildə qurulmuş iqtisadi, hərbi və xarici münasibətlərin məntiqi nəticəsi olaraq düşmən məğlub oldu. Bu məğlubiyyət həm də Ermənistan dövlətinin məhvinin əsası olacaqdır. Ermənistan müharibədə uduzaraq sahibi olmadığı, ordumuz tərəfindən məhv edilmiş və ya qənimət olaraq ələ keçirilmiş silahların hələ uzun müddət pulunu ödəmək məcburiyyətində qalacaq.

Xüsusilə bir məqamı diqqətə çatdırmaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərimizdə olan bütün təbii ehtiyatlardan son dərəcə yararlanmış, tarixi abidələrimizi məhv etməklə yanaşı, son dərəcə vandallıq, təcavüzkarllıq və barbarlıq siyasətini həyata keçirmişdir.

Lakin artıq tarixi həqiqət bərpa olundu, işğal altında olan ərazilərimiz işğaldan tam azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu, müharibə şanlı qələbəmizlə başa çatdı.

Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna!

Adil Əliyev

Milli Məclisin vitse spikeri

Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
Loading Bars
Xəbər lenti
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Bütün xəbərlər