...

Venesuelada parlament seçkiləri ən az bir saat uzadıldı

Siyasət Materials 7 Dekabr 2020 03:35 (UTC +04:00)
Venesuelada parlament seçkiləri ən az bir saat uzadıldı

Bakı. Trend:

Venesuela Milli Seçki Şurası parlament seçkilərində səsverməni seçicilərin çoxluğu səbəbindən ən az bir saat - yerli vaxtla bazar günü saat 19:00-a (04:00, 07 dekabr GMT+4) qədər uzadıb.

Trend-in məlumatına görə, bunu bazar günü seçki çurasının vitse-prezidenti Leonardo Morales açıqlayıb.

"Seçki məntəqələrinin işini saat 19:00-a qədər və ya insanların səs vermə növbəsində olduğu müddətə qədər uzatmağa qərar verdik", - çıxışı "Telesur TV"də yayımlanan Morales deyib .

Venesuelada parlament seçkiləri üçün seçki məntəqələri 6 dekabr yerli vaxtla 06:00-da (15:00, GMT+4) açılıb və seçicilər 227 millət vəkili seçməlidirlər.

Bildirilir ki, 107 siyasi qüvvədən 14 min namizəd parlamentdə yer almaq üçün müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti