...

Bu generallar “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi (ADLAR)

Siyasət Materials 29 Dekabr 2020 14:28 (UTC +04:00)
Bu generallar “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi (ADLAR)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.

Trend-in məlumatına görə, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant, Bərxudarov Mayis Şükür oğlu – general-mayor, Məmmədov Zaur Sabir oğlu – general-mayor, Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor, Sultanov Ağamir Əzizxan oğlu – general-mayor Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti