...

TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)

Siyasət Materials 17 Yanvar 2021 11:24 (UTC +04:00)
TDƏŞ,  TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)

Ağdam. Samir Əli -Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qonaqlar ilk öncə Ağdam Cümə məscidində olublar. Nümayəndə heyəti Ağdamda Ermənistanın dağıtdığı binları öz gözləri ilə görüblər. Daha sonra Pənahəli xanın məqbərəsinə səfər ediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.

Nümayəndə heyəti Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti