...

Rəcəb Tayyib Ərdoğanın İrana səfəri gözlənilir

Siyasət Materials 29 Yanvar 2021 14:52 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğanın İrana səfəri gözlənilir

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri gözlənilir.

Trend-in məlumatına görə, bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O bildirib ki, tezliklə səfərin tarixi və digər detalları müəyyənləşdiriləcək.

İranlı nazir, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, İran və Gürcüstanın iştirakı ilə regional əməkdaşlıq platformasının yaradılmasına ümidvar olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti