...

Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzərdə yeni əməkdaşlıq erasının başlanğıcıdır - "Azernews" qəzeti

Siyasət Materials 5 Fevral 2021 09:54 (UTC +04:00)
Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzərdə yeni əməkdaşlıq erasının başlanğıcıdır - "Azernews" qəzeti

Bakı. Trend:

"Azernews" qəzetində dərc olunan “Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzər dənizində yeni əməkdaşlıq erasının başlanğıcıdır” adlı yazıda “Dostluq” enerji yatağının birgə işlənməsi üzrə ötən ay imzalanmış müqavilənin regiona və iki ölkə arasındakı əməkdaşlığa töhfəsindən bəhs edilir.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, bu yeni tarixi razılaşma regiona davamlı xarici investisiyanın cəlb olunmasına və enerji sahəsində Xəzər dənizində əməkdaşlığın dərinləşməsinə səbəb olacaq.

Məqalə "Dostluq" enerji yatağının Azərbaycan və Türkmənistan münasibətləri ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən də bəhs edir.

Yazıda ekspert İlham Şaban ilə müsahibə yer alıb və ekspertin bu tarixi razılaşmanın regionun enerji xəritəsini dəyişməsi haqda fikirləri əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti