...

Azərbaycan-İtaliya strateji əməkdaşlıq münasibətlərinin inkişafı siyasi-iqtisadi fayadalar gətirəcək

Siyasət Materials 5 Fevral 2021 15:02 (UTC +04:00)
Azərbaycan-İtaliya strateji əməkdaşlıq münasibətlərinin inkişafı siyasi-iqtisadi fayadalar gətirəcək

Bakı. Elçin Mehdiyev - Trend:

İtaliya Azərbaycana dost ölkədir. 44 günlük Vətən müharibəsində İtaliya dövləti və bu ölkənin media qurumları Azərbaycanın yanında olmuş, öz həmrəyliyini nümayiş etdirmişdir. Bu əlaqələr prezidentlər arasındakı dostluq münasibətləri üzərində daha da möhkəmlənmiş, strateji əməkdaşlıq xarakteri alıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat vurğulayıb ki, İtaliya şirkətləri ölkəmizin sənayeləşməsində yaxından iştirak edir:

“Ölkə baççısı cənab İlham Əliyev İtaliyanın "Maire Tecnimont Group" şirkətinin heyətini videoformatda qəbulu zamanı İtaliyanın Azərbaycanın sənayələşməsində iştirakını yüksək dəyərləndirmişdir. Xüsusilə “Maire Tecnimont Group" şirkəti Azərbaycan 1,6 milyard avrodan çox dəyəri olan layihələrdə iştirak edir. 2020-ci ildə iqtisadiyyatımızın 4,3% azaldığı halda qeyri-neft sənayemizin 12,5% artması məhz ölkəmizn sürətlə sənayeləşməyə getdiyinin göstəricisidir və məhz bu prosesdə İtaliya şirkətləri yaxından iştirak edir”.

A.Badamov qeyd edib ki, 200-dən çox personalı olan “Maire Tecnimont Group” şirkətinin kadr potensialının 70 faizdən çoxunun azərbaycanlıların olması yaxşı göstəricidir:

“Bu, o deməkdir şirkət yerli gənclərə təcrübə qazandırır, oxudur. Müasir peşələrə yiyələnmiş mütəxəsislərin formalaşması ölkəmizin sənayeləşməsi prosesində yeni müəssisələrin açılmasında kadr təminatına töhfə deməkdir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası prosesində İtaliya şirkətləri yaxından iştirak edəcəkdir. Həm də yaşıl kimya, yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd layihələri icra olunacaqdır.

"Maire Tecnimont Group" şirkətin rəhbərliyi belə layihələrin icrasında yaxından iştirak etmək arzusunda olduğunu bildirmişdir. İtaliya həm də Azərbaycanın ticarət tərəfdaşıdır. Dekabrın sonunda açılışı olmuş TAP layihəsi vasitəsilə Xəzər dənizində istehsal olunmuş təbbi qaz italiya istehlakçılarına çatdırılmışdır.

Həm də İtaliyaya Azərbaycandan kənd təsərrüfatı məhsulları, o cümlədən fındıqın ixracı həyata keçirilir. İtaliya Avropaya açılan qapıdır. Məhz İtaliyaya qeyri-neft məhsulları ixracımız Avropa bazarlarına ilk qədəmlərimizdir. Məhz İtaliya üzərindən digər Avropa İttifaqı ölkələrinə də ixrac potensialımız genişləndiriləcəkdir.

2020-ci il İtaliayada Azərbaycan ili elan olunması ölkəmizin mədəniyyətinin, qeiyri-neft iqtisadiyyatımızın İtaliyada tanıdılması baxımından böyük əhməiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində biznes strukturlarının nümayəndələri ilə görüşməsi İtaliya sərmayədarları üçün ölkəmizə investisiyaların yatırılmasında bir stimul vermişdir. İtaliaya univirsitetinin Azərbaycanda açılması müasir çağırışlara cavab verən yeni ixtisaslı mütəxəsislərin hazırlanmasında mühüm rol oynayacaqdır. Biz bilirik ki, dünya iqtisadiyyatı 4-cü sənaye inqilabına keçməkdədir. 4-cü sənaye inqilabı dövründə iqtisadiyyatın inkişaf etdirilməsində baxışlar dəyişilir. Məhz yeni baxışların formalaşması köhnə ixtisasların iqtisadiyyatda rolunn azalmağını və yeni ixtisasların hazırlanmasını zəruri edir. Ölkəmizdə açlacaq İtaliya universiteti qeyri-neft iqtisadiyyatımızı idarə edəcək yeni mütəxisislərin hazırlanmasına töhfə verəcəkdir.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan-İtaliya strateji əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi ölkələrimizə siyasi-iqtisadi fayadalar gətirəcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti