Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

9 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət naziri Vendi Mortonu səmimi salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı səviyyəsini məmnunluqla qeyd edib.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətdən bəhs edərək, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. Birgə bəyanatların icra olunmasının bölgədəki sülh, təhlükəsizlik, əmin-amanlıq və rifahın təmin olunması baxımından əhəmiyyəti, eləcə də bölgədə yeni əməkdaşlıq imkanları açdığı qeyd olunub. Azərbaycanın sözügedən bəyanatların icrası ilə bağlı bütün müvafiq addımları atdığı bildirilib, o cümlədən humanitar sahədə görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verilib.

Üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişinin bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.

Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti qeyd edilib. Bu xüsusda, Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Dövlət naziri Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Qeyd etmək istərdik ki, iki ölkə arasında strateji dialoqu (ikitərəfli siyasi məsləhətləşmələr) ehtiva edən işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib. Dövlət nazirinin, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının təhsil, energetika və ekologiya nazirləri, eləcə də İçəri Şəhər Dövlət Tarixi-Memarlıq qoruğu idarəsinin idarə heyətinin sədri və Heydər Əliyev Mərkəzinin direktoru ilə görüşləri keçirilib.

XXX

12:20

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonla xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər