Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistan mətbuatı bundan sonra Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Xidmətin yerli mətbuata ünvanladığı müraciətində deyilir.
Müraciətdə qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməli olacaqlar.