Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji uğuru, Avropanın nadir tapıntısı

Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji uğuru, Avropanın nadir tapıntısı

Bakı. Alpər Ziya - Trend:

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.

Prezident İlham Əliyevin fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxışı zamanı dediyi bu fikirlər bu layihənin region və Avropa qitəsi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etmiş oldu.

Məşvərət Şurasında təmsil olunan bütün rəsmilər, eləcə də ayrı-ayrı beynəlxalq ekspertlər də Cənub Qaz Dəhlizinin Avropanın enerji bazarında olduqca vacib rola malik olacağını vurğuladılar.

Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təchizatını şaxələndirəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson dedi ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir: “Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır. Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin Gürcüstan, Türkiyə və Albaniyaya təşəkkürümü bildirmək istəyirəm. Dəhlizimiz Sizin ərazilərdən keçir. Siz olmadan Cənub Qaz Dəhlizi layihəsi olmazdı”.

Dəhliz iqtisadiyyatlarımızın müqavimət gücünü artırır

Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də bildirdi ki, Cənub Qaz Dəhlizi bizim Şərq tərəfdaşlığı gündəliyimizin bir hissəsi idi və 2020-ci ildə onun başa çatdırılması nəzərdə tutulurdu: "Əlbəttə ki, sonuncu dəfə ötən ilin martında biz bu istiqamətdə - Şərq tərəfdaşlığı prioritetləri ilə bağlı iclas keçirdik. Bu, bizim əməkdaşlığımızın müxtəlif məsələlərini, tərəflərini nümayiş etdirdi, biz iqtisadiyyatlarımızın müqavimət gücünü müzakirə etdik. Hazırda biz bu prioritetlərin icrası ilə bağlı planları tərtib etmək üzrəyik. Bizim qarşımızda reallaşdırılan məqsədlər dayanır. Əlbəttə ki, bu baxımdan dəhliz bizi ruhlandırır və enerji bağlantısı, təchizatın təhlükəsizliyi bizim iqtisadiyyatlarımızın müqavimət gücünü artırır".

Azərbaycanın strateji uğuru

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Xəzər dənizindən birbaşa Avropaya nəql olunduğunu bildirdi, bu strateji uğur münasibətilə təbriklərini çatdıraraq dedi: "Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq".

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə vurğuladı ki, Cənub Qaz Dəhlizi bütün regiona fayda gətirir və bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudu: “Türkiyə və Azərbaycan arasında siyasi dəstək olmadan Cənub Qaz Dəhlizi reallığa çevrilməzdi. Azərbaycandan Avropaya gedən bu boru kəməri siyasi dəstək olmadan həyata keçirilə bilməzdi. Nəticədə biz bütün regiona fayda gətirdik”.

Cənub Qaz Dəhlizi enerji sahəsində çoxölçülü və çoxtərəfli nailiyyətdir

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donelli Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğuladı: “Xəzər dənizi karbohidrogenlərinin Qərb bazarlarına nəqli onilliklər boyu icra edilmişdir. Məmnunam ki, Birləşmiş Ştatların hökuməti və enerji şirkətləri həmin davamlı səylərdə mühüm rol oynayıblar. Cənub Qaz Dəhlizi enerji sahəsində həqiqətən çoxölçülü və çoxtərəfli nailiyyətdir. Burada bu gün təmsil olunan bütün ölkələr öz rolunu oynayıb. O cümlədən layihədə iştirak edən bütün ölkələrin çoxsaylı şirkətləri də var. Bu baxımdan İtaliya, Yunanıstan və Bolqarıstanda Avropa istehlakçıları hazırda bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edirlər. Biz bu ilin sonrakı mərhələsində başlanması gözlənilən Trans-Adriatik boru kəməri üçün bazarda sınaqları alqışlayırıq və 2021-ci ilin sonuna qədər nəticələri görməyi səmimiyyətlə arzulayırıq”.

Avropaya fasiləsiz qaz tədarükü təmin ediləcək

Təbii ki, Cənub Qaz Dəhlizinin beynəlxalq əhəmiyyəti barədə səsləndirilən bütün bu fikirlər Məşvərət Şurasının yekdil mövqeyidir. İndi isə ayrı-ayrı ekspertlərin şərhlərinə diqqət edək:

Amerikalı ekspert Brüs Panyer Trend-ə bildirib ki, Avropa ehtiyacı olan əlavə qazı Cənub Qaz Dəhlizi vasitəsilə əldə edəcək və bu, gələcəkdə vacib əhəmiyyət kəsb edəcək. Çünki əhali artdıqca, həm evlərdə, həm də müəssisələrdə istilik və elektrik enerjisinə tələbat artır: “Bu, hər zaman digər tədarükçülərlə qiymət razılaşdırılması zamanı və ya bir tədarükçü ilə münasibətlərin qəlizləşməsi və nəticədə həmin tədarükçü tərəfindən nəqlin azaldılması və ya dayandırılması təqdirində vacibdir. Bu layihə Avropaya fasiləsiz qaz nəqlini təmin edir”.

“Cənub Qaz Dəhlizinin əsas müsbət effekti tədarükün etibarlılığının artırılması və mənbələrin şaxələndirilməsidir”

Bunu isə Trend-ə niderlandlı ekspert Siril Viddershoven deyib. O bildirib ki, bu layihənin reallaşdırılması ilə Avropa İttifaqı (Aİ) daxilindəki ümumi enerji təhlükəsizliyi yüksəlir: "Əsas məqsəd hələlik əhatə olunmayan bazarlara, xüsusilə də Cənub-Şərqi Avropaya əlavə qaz həcmlərinin tədarükünün təmin olunmasıdır".

Ekspert qeyd edib ki, Aİ daxilində başlayan "Yaşıl kurs" müzakirələrinə baxmayaraq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri mövcuddur: "Brüssel qarşıya CO2 tullantılarının sıfıra endirilməsi məqsədini qoysa da üzv ölkələr enerji dəyişikliyinin müxtəlif mərhələlərindədir. Bundan başqa, Avropada bərpa olunan enerji mənbələri və enerji sistemləri ilə bağlı mövcud problemlərlə əlaqədar ölkələr bundan sonra da iri təbii qaz ehtiyatlarına ehtiyac duyacaq".

Sonda onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi bir çox parametrlər üzrə nadir layihədir. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasaydı, bu gün onu reallaşdırmaq mümkün olmazdı. Eyni zamanda, boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Bununla belə, Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir.

Layihənin dəyəri ilkin olaraq 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enib. Azərbaycan isə layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Loading Bars
Xəbər lenti
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Bütün xəbərlər