Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)

Siyasət Xəbər 24 Fevral 2021 17:59 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti