...

Milli Məclisin iclasının gündəliyi dəyişdi, Hesablama palatası ilə bağlı məsələyə də baxılacaq

Siyasət Materials 13 Mart 2021 13:55 (UTC +04:00)
Milli Məclisin iclasının gündəliyi dəyişdi, Hesablama palatası ilə bağlı məsələyə də baxılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə ediləcəyi iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti