Bakı. Trend:
İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli "twiter" hesabında Ağdamdan şəkillər paylaşıb.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
"Mən Ağdamın qalıqlarına səfər edirəm. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisi hesab edirdisə niyə görə buranı darmadağın edib?"