...

İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)

Siyasət Materials 20 Aprel 2021 11:17 (UTC +04:00)
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

İsrailli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qutun Füzuli, Zəngilan və Qubadlıya rayonlarına səfərləri başlayıb.

Media nümayəndələri bu rayonlardakı dağıntılar və erməni vandalizmi ilə əyani tanış olacaqlar. Jurnalistlər həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, quruculuq, yenidənqurma işlərinin gedişini də izləyəcəklər.

Xatırladaq ki, jurnalistlər ötən gün Ağdamda səfərdə olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti