...

G7 XİN rəhbərləri 3-5 mayda Londonda qlobal təhlükələri və koronavirusu müzakirə edəcəklər

Siyasət Materials 2 May 2021 08:06 (UTC +04:00)
G7 XİN rəhbərləri 3-5 mayda Londonda qlobal təhlükələri və koronavirusu müzakirə edəcəklər

Bakı. Trend:

G7 ölkələri xarici işlər nazirləri 3-5 may tarixlərində Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti