...

Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN

Siyasət Materials 6 May 2021 23:18 (UTC +04:00)
Latviya hökumətinin  qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Milli Müdafiə aziri Hulusi Akar Latviya Baş nazirinin köməkçisi və müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Videokonfrans vasitəsi ilə keçirilən görüşdə tərəflər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, müdafiə sənayesi və NATO ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Bununla birgə, Türkiyə Milli Müdafiə Nazirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb.

“Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - qurumun "Twitter" səhifəsində deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti