...

Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi

Siyasət Materials 11 May 2021 08:42 (UTC +04:00)
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanda postmüharibə dövründə yaşananlar, xəstə neofaşist təfəkküründən qaynaqlanan revanşizm iddiaları sübuta yetirir ki, təkcə bölgə xalqlarını yox, həm də ermənilərin özünü uzun illərdən bəri düşüncələrində kök salan zəhərli ultramillətçi ideyalardan xilas etmək lazımdır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəylinin sözlərinə görə, "mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, opdüm, təzim etdim – Tsexakrona çevrildim" deyən faşist Qaragin Njdenin təliminə girov düşərək bölgədə münaqişə katalizatoru funksiyasını yerinə yetirən erməniliyin xilası Cənubi Qafqazdakı tarixi və çağdaş reallıqları qəbul etməkdən, birgəyaşayış qaydalarını mənimsəməkdən ibarətdir:

"Əks təqdirdə, daha acı nəticələrlə qarşılaşmalı olacaqlar. Ermənistan siyasətçilərinin uzun illər böyu ölkə vətəndaşlarına danışdıqları yalanlar, beyinlərə səpilən ideoloji zəhər ermənilərin müəyyən bir hissəsinin şüurunu elə örtüb ki, hətta hər kəsin tanış ola biləcəyi rəsmi statistik məlumatları belə görmək və müqayisə etmək istəmirlər.

Ermənistanın rəsmi olaraq açıqlanan xarici borcu təxminən 9 milyard ABŞ dolları, yəni Ermənistanın Ümümdaxili Məhsulunun 63-64%-i deməkdir. Bu rəqəmin özü belə Ermənistandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu təsdiqləyir. Amma real vəziyyət bundan daha acınacaqlıdır. Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Avrasiya İqtisadi Komissiyasının aprelin 23-də yayımladığı hesabatda Ermənistanın xarici borcunun 2021-ci il yanvarın 1-nə 12 milyard 935,5 milyon ABŞ dolları olduğu bildirilir.

Yəni reallıqda Ermənistanın xarici borcu ÜDM-in 102%-ni təşkil edir. Bu isə Ermənistan adlı dövlətin tamamilə borcla yaşadığını sübuta yetirən fakt olaraq, bu ölkənin nə qədər fəlakətli bir vəziyyətdə olduğunu göstərir.

Bütün bunlara Ermənistan ordusunun darmadağın edilməsini, ölkədəki acınacaqlı demoqrafik vəziyyəti, təbii resursların olmadığını, Azərbaycan torpaqlarının istismarı nəticəsində əldə olunan gəlirlərin əldən çıxdığını, ölkəyə xaricdən, əsasən də Rusiyadan daxil olan vəsaitlərin 3 milyard dollar azaldığını və digər bu kimi amilləri nəzərə alsaq, real mənzərənin nə qədər dəhşətli olduğu ortaya çıxır. Bu baxımdan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi Ermənistanın yeganə xilas yoludur. Reallıq ondan ibarətdir ki, Ermənistan yalnız Azərbaycan və Türkiyənin həyata keçirdiyi istisadi siyasətin arxasınca sürünməklə mövcud vəziyyətdən xilas ola bilər".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti