...

İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova

Siyasət Materials 15 May 2021 11:03 (UTC +04:00)
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova

Bakı. Elçin Mehdiyev - Trend:

İspaniya Konqresi qarşısında ölkənin bir qrup parlamentarisinin erməni təəssübkeşi qismində çıxış edərək təşkil etdiyi aksiya qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, ispaniyalı deputatların nəzərinə çatdırmaq istərdik ki, onların azadlığını istədikləri bir qrup erməni əsilli şəxs əslində hərbi cinayətkarlardır:

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya, eləcə də terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş kapitulyasiya aktının qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. Azərbaycan qanunlarına əsasən, bu şəxslər cinayət əməli törədiblər. Onlar hərbi əsir adlandırıla bilməzlər, çünki hərbi əməliyyatlar bitdikdən sonra və bununla bağlı tərəflər arasında üçtərəfli 10 noyabr bəyannaməsi imzalandıqdan sonra Azərbaycan ərazisinə məqsədyönlü şəkildə göndəriliblər. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

İspaniyalı həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq ölkədir və beynəlxalq munasibətlərdə öz məsuliyyətini dərk edir. Bölgədə hərbi əməliyyatlar bitdikdən sonra 70-dən artıq hərbi əsir Ermənistan tərəfinə verilib, Ermənistan isə Azərbaycana 12-yə yaxın hərbi əsir qaytarıb.

Bu baxımdan, ispaniyalı deputatları obyektiv olmağa dəvət edirik. Əgər onlar ədalətli mövqedə dayanırlarsa, o zaman minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə bölgədə humanitar vəziyyəti gərginləşdirən Ermənistana çağırış etsinlər, həmin xəritələrin tezliklə Azərbaycana təqdim olunmasını onlardan tələb etsinlər. Fikrimizcə, bu, daha humanist və obyektiv yanaşma olar, çünki mina partlayışları insanların həyatı üçün real təhlükədir və sülhü möhkəmləndirmə prosesini ləngidir”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti