Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

2. Müəyyən edilsin ki:

2.1. dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) həyata keçirir;

2.2. dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra – sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və Fondun xüsusi bank hesabına köçürülür;

2.3. sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

2.3.2. sığorta ehtiyatının yaradılmasına;

2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

2.5. hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir;

2.6. bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur:

2.6.1. sığorta ehtiyatı Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdirilir;

2.6.2. sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın 2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;

2.6.3. sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir;

2.6.4. cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir;

2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar sığorta haqlarının idarə olunması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar Nazirlik və Şirkət müvafiq sənədlərin və məlumatların 2021-ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etsinlər".

Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
Qazaxıstanın FlyArystan aviaşirkəti Özbəkistana ilk reys edib
Qazaxıstanın FlyArystan aviaşirkəti Özbəkistana ilk reys edib
İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri
İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri
Loading Bars
Xəbər lenti
Bu gün 2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək
"Janssen" koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir
Braziliyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb
Vaksinasiya Britaniyada 14 min ölüm halının qarşısını almağa imkan verib
ABŞ Braziliyaya 3 milyon doza peyvənd göndərəcək
Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vəətəndaşların sayı 10 mindən aşağı düşüb
ABŞ daha 5 Çin şirkətini "qara siyahı"ya əlavə edib
"Avro-2020": Pley-off mərhələsinə çıxan bütün komandalar bəlli oldu
Vaşinqtonda piyada körpüsü çöküb
Almaniyada bir həftə ərzində Delta ştammına yoluxma halı iki dəfə artıb
ABŞ nümayəndə heyəti Kabil hava limanının təhlükəsizliyini müzakirə etmək üçün Türkiyəyə yollanacaq
Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb
Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib
"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində
Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub
Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib
Xəzərdə qanunsuz nərə balığı ovlayanlar həbs edildi
Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib
İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verildi
Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
Qərbdə ətraf mühitlə bağlı neft-qaz şirkətlərinə olan təzyiqlər qiymətləri qaldırır - Brenda Şaffer
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib (FOTO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
MDU və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib (FOTO)
Hazırda Bakıda toz hissəciklərinin konsentrasiyası normadan 5.1 dəfə yüksəkdir
“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə konfrans keçirilib
NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub (FOTO)
Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş olub (FOTO)
“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb
Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqı müəyyənləşib
Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib
İyunun 24-nə USD/AZN rəsmi məzənnəsi
Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
AHİK isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı məlumat yayıb
"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov
Azərbaycan Buxarada keçirilən beynəlxalq forumda təmsil olunur (FOTO)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ
Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO)
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 84 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub
Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq
Azərbaycanlı jurnalistlər üçün Türkiyənin Antalya şəhərinə mediatur təşkil edilib (FOTO)
Azərbaycanda abituriyentlər əsasən hansı ixtisasları seçib?
FHN taxıl sahələrində yanğın təhlükəsizliyinə qarşı tədbirlərə başladı (FOTO)
Ötən il ümumtəhsil müəssisələrini bitirən məzunların sayı açıqlanıb
Azərbaycan və BƏƏ arasında kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Azərbaycan ali təhsil müəssisələrində ən çox yer I qrupa ayrılır
Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib
Baş Prokurorluqda konfrans keçirilib (FOTO)
Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində
Sarayda 7 küçə asfaltlanıb (FOTO)
20 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)
AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür (FOTO)
Meksika səfiri “Azərsun Holdinq”in sədri ilə görüşüb
Prezident İlham Əliyev: Bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
Azərbaycan Prezidenti: Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var
Prezident İlham Əliyev: Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir - Rauf Əliyev
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev (VİDEO)
İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb
Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (FOTO)
Bizə bir gündə Ağdamdan 35 "Kamaz" mişar daşı sökdürüb daşıtdırıblar - Erməni əsirliyində olan şəxs
Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar - Keçmiş əsir
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
“AccessBank” Sahibkarlığın İnkişafı Fonduyla birgə sahibkarlara dəstək olmaqda davam edir
Gözlərim döyülməkdən tutulmuşdu - Keçmiş əsir
İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir
Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək - Şahin Mustafayev
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə prosesi iyunun 30-da davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Mərdəkandakı yanğın söndürülüb
Azərbaycanda pandemiya səbəbindən sahibkarlara 50 milyon manata yaxın subsidiya ödənilib
Ermənistandakı siyasi gərginlik 10 noyabr razılaşmasına əngəl ola bilməz
Sabah 42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir
Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini
Mərdəkan şosesində yanğın: Yolda sürət həddi endirildi (FOTO)
Ağdam rayonunun Salahlı Kəngərli kəndi (VİDEO)
Bütün xəbərlər