...

Azərbaycanın qələbəsi Avropa üçün əhəmiyyətli təhdidlərdən birini də aradan qaldıracaq - "Azernews"

Siyasət Materials 25 May 2021 14:45 (UTC +04:00)
Azərbaycanın qələbəsi Avropa üçün əhəmiyyətli təhdidlərdən birini də aradan qaldıracaq - "Azernews"

Bakı. Trend:

"Azernews" qəzetində mayın 24-də işıq üzü görmüş məqalədə Azərbaycanın müharibədə qazandığı qələbənin regional təhlükəsizliklə yanaşı, bölgə və Avropa üçün əhəmiyyətli təhdidlərdən birini də aradan qaldıracağından bəhs edilir.

Trend-in məlumatına görə, məqalədə son dövrlər Ağdam, Kəlbəcər və daha öncə Fuzulidə narkotik plantasiyaları və narkotik istehsalı laboratoriyasının aşkarlanması və işğal dövründə Ermənistanın Qarabağ və ətraf rayonlarda silah və narkotik ticarəti ilə bağlı qanunsuz əməlləri və bu məsələlərə beynəlxalq təşkilatların laqeyd münasibətindən, eləcə də narkotiklərin Qarabağ ərazisindən dünyaya çıxıs marşrutlarından bəhs edilir.

Qeyd olunur ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına baxmayaraq, Ermənistan narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və daha da yayılması üçün orada hər cür şərait yaratdı.

Bildirilir ki, müharibəyə qədər beynəlxalq narkotik ticarəti yollarından biri olaraq qalmağa davam edən Qarabağ üzərində nəzarəti bərpa etməklə Azərbaycan yalnız ölkə üçün deyil, bütün bölgə və dünya üçün gələcək təhdidləri qətiyyətlə dəf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti