...

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır

Siyasət Materials 28 May 2021 09:07 (UTC +04:00)
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və düşünülmüş siyasət Azərbaycanı daha da gücləndirir və dünyada söz sahibinə çevirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dünya liderlərinin Azərbaycan Prezidentinə Respublika Günü münasibətilə ünvanladığı məktublarda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar və mövcud münasibətləti genişləndirmək və inkişaf etdirmək niyyətindədirlər:

“Bu təbriklərdə Prezident İlham Əliyevin dünya çapında böyük bir siyasətçi, lider obrazının formalaşdığı aydın görsənir və dünya liderləri tərtəfindən cənab Prezidentin şəxsi nüfuzuna böyük hörmət var. Bu mənada bir sıra misallar da gətirmək olar. Misal üçün, ABŞ Prezidenti tərəfindən cənab İlham Əliyevə ünvanlanan məktubda ABŞ-ın təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlığı və bundan sonra da bu əməkdaşlığın genişləndirilməsi məsələsi qeyd olunur.

Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək xüsusi vurğulanır. Digər tərəfdən ABŞ Prezidentinin məktubunda Azərbaycanın dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verən bir ölkə kimi əhəmiyyəti vurğulanır. Azərbaycanda demokratik idarəetmə sahəsi də ABŞ Prezidenti tərəfindən yüksək qiymətləndirildi”.

Deputat bildirib ki, eyni zamanda dünyanın daha bir nəhəng dövləti olan Çin Xalq Respublikasının Sədri də öz təbrik məktubunda Azərbaycanla mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsini və Azərbaycan münasibətlərin birbaşa Çin dövlət rəhbərinin birbaşa nəzarətində olduğunu vurğulayıb: “Eyni zamanda Çin rəhbəri “bir kəmər bir yol” təşəbbüsündə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanı Avrasiyanın ən əlverişli logistika mərkəzinə və nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb. Eyni zamanda qlobal təhdidlərə, xüsusilə dünyada bir ildən artıq höküm sürən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində Azərbaycan Prezidentinin liderlik etməsi Almaniya Prezidentinin məktubunda öz əksini tapıb. Məktubların məzsmununda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətlərinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ölkə Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyirlər, etimad göstərirlər və bundan sonra daha geniş əməkdaşlıq maraqlarından çıxış edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti