...

Britaniyanın baş naziri və BMT-nin baş katibi pandemiya məsələsini müzakirə ediblər

Siyasət Materials 12 İyun 2021 20:28 (UTC +04:00)

Bakı. Trend:

Britaniyanın baş naziri Boris Conson və BMT-nin baş katibi Antoniu Quterreş İngiltərədə keçirilən "G7" zirvəsi çərçivəsində pandemiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya hökumət başçısının ofisi məlumat verib.

"Liderlər Birləşmiş millətlər təşkilatının İqlim Dəyişikliyi çərçivə konvensiyası (COP-26) tərəflərinin 26-cı konfransının keçirilməsi planlarını müzakirə etdilər. Tərəflər ölkələrin karbon emissiyalarını azaltmaq və kömür istifadəsindən imtina etmək barədə öhdəliklərin götürmələri barədə razılığa gəldilər", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti