...

Avropa Şurasının baş katibi saxlanılan ermənilərin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır

Siyasət Materials 22 İyun 2021 21:28 (UTC +04:00)
Avropa Şurasının baş katibi saxlanılan ermənilərin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır

Bakı. Ceyla Əliyeva - Trend:

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu yaxınlarda Azərbaycan tərəfinə Ağdam rayonunda minalanmış ərazilərin xəritələrini təqdim etməsi müqabilində saxlanılan ermənilərin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

Trend-in məlumatına görə, bu barədə o Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı deyib.

O qeyd edib: "Düşünürəm ki, Azərbaycanın azad edilmiş ərazilərində minalanmış ərazilərin xəritələrinin alınmasının və minalardan təmizlənməsinin vacibliyini unutmaq olmaz, əks halda bu torpaqlar insanların geri dönməsi, layiqli və normal bir həyat təmin etməsi üçün əlverişli bir yer olmayacaq".

Avropa Şurasının baş katibi əlavə edib ki, minalar, lazımi şəkildə zərərsizləşdirilmədikdə, mülki şəxslər üçün ciddi bir təhlükə yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti