...

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Siyasət Materials 2 İyul 2021 09:03 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti