...

Deputat Rauf Əliyev Azərbaycanın Bolqarıstandakı səfiri ilə görüşüb

Siyasət Materials 14 İyul 2021 09:38 (UTC +04:00)
Deputat Rauf Əliyev Azərbaycanın Bolqarıstandakı səfiri ilə görüşüb

Bakı. Trend:

Bolqarıstan Respublikasının Xalq Məclisinin rəsmi dəvəti əsasında 11 iyul 2021-ci il tarixində Bolqarıstan Respublikasında növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev səfər çərçivəsində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovla görüşüb.

Trend-in məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda bu münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dəvlət başçısının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunub.

Görüş zamanı Avropanın o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan, 2020-ci ilin sonunda “Cənub Qaz Dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın istifadəyə verilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi Azərbaycan-Bolqarıstan əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaqdır.

11 iyul 2021-ci il tarixdə Bolqarıstan Xalq Məclisinə keçirilmiş seçkilər Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev tərəfindən müşahidə olunmuşdur.

Keçirilımiş seçkilər zamanı R.ƏliyevSofiya şəhərinin Vitoşa seçki dairəsinin 20 məntəqəsində, Krasna Polyana seçki dairəsinin 12 məntəqəsində seçki prossesini müşahidə etmiş, eləcə də Şumen şəhərində yerləşən 6 məntəqəni və Velinqrad şəhərində yerləşən 4 məntəqəni müşahidə kameraları vasitəsilə izləmişdir.

Üç mindən çox müşahidəçinin iştirak etdiyi parlament seçkilərini ölkəmiz də daxil olmaqla 10 ölkənin parlamentini təmsil edən beynəlxalq müşahidəçilər izləmişdir. R.Əliyev tərəfindən aparılmış müşahidələrin nəticəsi BR-in Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və seçkilərin təşkili müsbət qiymətləndirilərək, seçkilər zamanı ciddi qanun pozuntusunun aşkar olunmadığı qeyd olunmuşdur.

Səfəri çərçivəsində Milli Məclisin üzvüR.ƏliyevBolqarıstanın “Belə bir xalq var” partiyası, Avropa İnkişafı üçün Vətəndaşlar partiyası (GERB), Bolqarıstan Sosialist partiyası (BSP) və Hüquq və Azadlıqlar Hərəkatı (DPS) partiyasınınnümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmış, ölkəmizdə həyata keçirilən siyasi, sosial və iqtisadi islahatlar, 44 günlük Vətən Müharibəsi və regiondakı hazırkı vəziyyət barədə ətraflı məlumat vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti