Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün görüşün burada keçirilməsi çox sevindiricidir. İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, burada Bakı bəyannaməsi imzalanacaq: "Bu, bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu sənəd mühüm rol oynayır".