Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat (ÖZƏL) (FOTO/VİDEO)

Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat (ÖZƏL) (FOTO/VİDEO)

Bakı. Trend:

Ağdamda bütöv bir şəhərin, kəndlərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi.

Bunu Trend-ə eksklüziv müsahibəsində Fransa Milli Assambleyasının deputatı xanım Karol Büro-Bonnar deyib.

O bildirib ki, Azərbaycana sonuncu səfərinin əsas məqsədi işğaldan azad edilmiş əraziləri görmək idi: "Bu ilin mart ayında digər bir nümayəndə heyətinin tərkibində Azərbaycan və Fransa arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Soltan Məmmədovla, daha sonra Azərbaycan parlamentinin sədri ilə görüşə gəldiyim zaman qarlı hava olması səbəbindən ermənilər tərəfindən dağıdılmış bu ərazilərə səfər edə bilməmişdim. Həmçinin, bu səfərin digər məqsədi fransız və azərbaycanlı parlamentarilərin arzu etdikləri əlaqələri davam etdirməkdir.

Onu da qeyd edim ki, səfərimiz çərçivəsində, biz Ağdama, Füzuliyə yollanaraq, bu regionların icra başçıları ilə görüşlər keçirdik. Həqiqətən, dağıdılmış kəndləri, hətta bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi. Bunları görəndə belə bir sual yaranırdı: Axı bütün bunların səbəbi nədir?! Evləri, məscidləri dağıtmaq, hətta mədəni irsi belə məhv etmək heç nə ilə əsaslandırıla bilməz. Sizin də bildiyiniz kimi, fransızlar da həmçinin öz mədəni irslərinə xüsusi diqqət yetirirlər. Böyük tarixi olan kilsələr bərpa olunur və hesab edirəm ki, bu məntiqəuyğun bir işdir. Bu, Azərbaycanda da belədir. Fransa və Azərbaycan arasında bu sahə üzrə əməkdaşlıq da mövcuddur. Bir sözlə, bütün bunların şahidi olmaq bizi çox təsirləndirdi".

Fransalı deputat qeyd edib ki, Ermənistan tərəfinin bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsini bir fərd olaraq dərk edə bilmir: "Şəxsən mən bunu başa düşmürəm. Çünki burada insan həyatından söhbət gedir. Bu günə qədər xeyli insan məhz doğulduğu bu torpaqlara baş çəkmək istədiyi üçün həyatını itirib. İnsanlar həyatlarını itirmədən bu ərazilərə qayıda bilməlidirlər. Bir sözlə, mən Ermənistanın bu hərəkətini anlamıram. Hesab edirəm ki, bu xəritələrin Azərbaycana təhvil verilməsi həqiqətən zəruridir.

Azərbaycanla Fransa əlaqələrindən də danışan Karol Büro-Bonnar bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələrdə bir az gərginlik müşahidə olunur: "Düşünürəm ki, hər iki tərəf paralel işləməyə, birlikdə çalışmağa və bir-biri ilə danışıqlar aparmağa çalışır. Hamımızın bildiyi kimi, diplomatik və hökumətlərarası münasibətlərdə bir az gərginlik yaşanır. Fransa hökuməti bu münasibətlərin qaydaya salınması istiqamətində çalışır. Sizin də bildiyiniz kimi, Fransanın Avropa və Xarici İşlər nazirliyi yanında Dövlət katibi Jan Batist Lömuən bu ilin yanvar ayında Azərbaycana səfər edib. Bütün bunlar münasibətlərin bütövlükdə mümkün qədər yaxşı olmasını təmin etmək üçün hələ də kifayət deyil.

Deputat əlavə edib ki, ümumilikdə, fransızlar Avropanın ətrafında yerləşən ölkələr haqda çox da məlumatlı deyillər: "Buna görə də biz Azərbaycandan səfərdən qayıdan kimi ətrafımızdakılara bu ölkə haqqında danışırıq, siyasi dairəmizdə Azərbaycan haqqında bəhs edirik, deputatlar arasında bu ölkə haqqında müzakirə edirik. Budəfəki səfərimizdən sonra isə Milli Assambleyanın rəhbərinə bir məktub ünvanlayaraq mövcud olan ümumi Azərbaycan-Fransa əlaqələrindən bəhs edəcəyik. Eyni zamanda, bizim sizinlə olan bugünkü müsahibəmiz də müəyən mesajlar ötürmək üçün hesab edirəm ki, daha böyük əhəmiyyət kəsb edir. Mən özüm Milli Assambleyada iki il yarım beynəlxalq münasibətlər üzrə təmsil olunduqdan sonra, yəni 2017-ci ildən Azərbaycan haqqında məlumatlanmışam, bu ölkəni, onun tarixini tanımışam. Bu o demək deyil ki, mən Ermənistanın tarixini bilirdim, xeyr. Ancaq Ermənistan haqqında Fransada daha çox bəhs olunur, çünki Fransada onların sayı çoxdur. Bu gün isə Fransada münaqişə kontekstində hər iki ölkə haqqında danışılır. Burada əsas məqam Azərbaycanın necə bir ölkə olduğunu, necə fəaliyyət göstərdiyini nümayiş etdirmək, eləcə də heç bir ölkəyə tərəfkeşlik etməməkdir. Beləliklə, ölkəni kəşf etmək və tanımaq lazımdır".

Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Loading Bars
Xəbər lenti
Təhsil haqlarının ödənişi üçün yeni sistem istifadəyə verilib
Nazirlik elektron portalda bəzi vətəndaşların diplom məlumatlarının çıxmamasına aydınlıq gətirib
Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb - Onlarla xəsarət alan var
Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab
İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb
Ermənilərin dağıtdığı 36 məktəbdə təmir-tikinti yekunlaşıb
Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı
Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib (FOTO)
Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub
Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq
Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək
Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik
Hava dəyişir: Güclü külək əsəcək, yağış yağacaq
Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik
Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)
Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə davam etdirilir (FOTO)
Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik
DSX Xəzərdə taktiki təlimlər keçirib (FOTO)
Bu il yeni dərsliklər istifadəyə veriləcək
Ötən il əlilliklə bağlı 78 min göndərişin 70 faizi əsassız olub
Gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb - Agentlik sədri
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ
Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb
Bu il 4600 əlilə reabilitasiya xidməti göstərilib
FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır
Vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?
3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib - Agentlik
Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub
Quba polisi narkotik satan şəxsi yaxalayıb (FOTO)
Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib
İndiyə qədər 1750 qaziyə əlillik təyinatı aparılıb
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
DGK əməkdaşı BMT-nin eksperti qismində “Qlobal ekspertlər hövzəsi”nə üzv seçilib
Yol polisi rəisi vəzifəsindən azad edildi - RƏSMİ
Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb
Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır
İmişlidə 30 yaşlı qadın itkin düşüb
AzMİU-nun müəllimi beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb (FOTO)
Paşinyanın parlamentdə Azərbaycanla bağlı etirafları nədən xəbər verir?
“BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib
Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA
Bakıda 27 yaşlı oğlan döyülərək öldürüldü
Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək ikiqat sərfəli olub
Azərbaycan nefti üç dollara yaxın bahalaşıb
Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırıb
York Universitetinin və Strasburq Universitetinin ikili dərəcəli MBA Proqramı (FOTO)
Nərgiz Əliyevadan yaya vida (FOTO)
200-250 manata COVID pasportu satan şəxslər saxlanıldı
Bakı və Sumqayıt əhalisi həkimə ən çox bu xəstəliklərə görə müraciət edib
Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama
Yollarda hərəkətə nəzarət gücləndiriləcək
Ötən ay ölkə əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün qeydiyyat başa çatır
İşçilərinin maaşını mənimsəyən "JEK" rəisinə və mühasibə cinayət işi başlanıb
Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb (SİYAHI)
Bakıda köşk yandı
"SpaceX" şirkəti kommersiya ekipajı ilə kosmik gəmini orbitə buraxdı
Ucarda yaşayış binasında yanğın olub
Yeni metro stansiyası necə adlandırılacaq?
Boris Conson Britaniya Nazirlər Kabinetində əhəmiyyətli dəyişikliklər edib
Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı
Çində güclü zəlzələ baş verib, ölənlər var
Şimali Koreyada ballistik raketlerin buraxılışı həyata keçirilib
Fransada dənizdə qəfil qalxan dalğalar 9 nəfərin ölümünə səbəb olub
Almaniyada sinaqoqun yaxınlığındakı ərazi mümkün təhlükəyə görə polis nəzarətindədir
Türkiyədən uçan təyyarə Rusiyada enməzdən qabaq qəza siqnalı verib
Qarabağ müharibəsində qazanılan uğurlara səbəb olmaq böyük bir şərəfdir - Səlcuq Bayraktar
Türkiyədə son sutkada koronavirusdan 28 536 nəfər sağalıb
UEFA Çempionlar Liqası: "Real" "İnter"i məğlub edib
İranın Tehran vilayətində partlayış və silah səsləri eşidilib
TAP olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı - İcraçı direktor
Avropada təbii qazın qiyməti düşüb
Bakıda Qanlıgöl ətrafında insan sümükləri tapıldı
UEFA Çempionlar Liqası: “Beşiktaş” öz meydanında məğlub olub
Apple iki iPhone modelini satışdan çıxarıb
Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
Gənclər Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər (FOTO)
Masallıda mebel sexi yanıb
Bakı limanı Aİ-nin flaqman layihəsinin tərkib hissəsi olacaq
Mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir (FOTO)
Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığı zəminində böyük hadisədir
Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib (FOTO)
Hər bir məmur öz fəaliyyətində Prezidentin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməlidir - Deputat
Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu məktəbində Bilik Günü qeyd edilib (FOTO/VİDEO)
Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Mustafa Şentop Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayıb
AQTA və AMEA İnstitutu əməkdaşlığa başlayır
Bütün xəbərlər