...

İkinci Qarabağ müharibəsi əsir və itkin düşmüş şəxslərə diqqəti bir daha artırdı - BQXK

Siyasət Materials 30 Avqust 2021 11:15 (UTC +04:00)
İkinci Qarabağ müharibəsi əsir və itkin düşmüş şəxslərə diqqəti bir daha artırdı - BQXK

Bakı. Elçin Mehdiyev – Trend:

İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Ariane Bauer deyib.

O bildirib ki, Qızıl Xaç Komitəsi də əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrinə məlumatları çatdırmaq üçün əlindən gələni edir: “Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti