...

Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterlinq ayırıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Sentyabr 2021 10:54 (UTC +04:00)
Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterlinq ayırıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında yazılıb.

Səfir Ceyms Şarp qeyd edib: "Mina və partlamamış sursatlar səbəbindən ölüm və yaralanma xəbərlərini eşitmək məni dəhşətə gətirib. Atəşkəsdən bəri 150-dən çox hərbçi və mülki şəxsin minaya düşməsi nəticəsində həlak olması və ya yaralanması faciədir. Səfərim zamanı ərazilərin hələ də partlayıcı maddələrlə çirkli olduğunun şahidi oldum. Bu ərazilər hazırda dünyanın ən çirklənmiş ərazilərindən biridir və həyat, sağlamlıq və yaşayış üçün risk yaradır. Birləşmiş Krallıq bu kimi təhdidlərlə mübarizədə dünyanın qabaqcıl təcrübəsinə malikdir və ölkəmizin artıq Azərbaycanı bu sahədə dəstəkləməyə başlamasından məmnunam. UNİCEF ilə birgə münaqişənin təsirinə məruz qalmış bölgələrdə mina təhlükəsindən qorunmaq istiqamətində maarifləndirmə tədbirləri təşkil etmişik".

Səfir bildirib ki, Böyük Britaniyanın minalardan təmizləmə şirkətləri və mütəxəssisləri artıq Azərbaycanda işləyir və Müdafiə Nazirliyimiz mina təmizləmə texnikası ilə bağlı əlavə dəstək və təlimlər təklif edir:

"BMT bölgədəki minatəmizləmə əməliyyatlarında və bu təhlükənin öhdəsindən gəlmək və həyatları xilas etmək üçün ölkələrdə fəaliyyət göstərən mina agentliklərinə dəstək verməkdə həlledici rola malikdir. Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Britaniya hökumətinin BMT-nin İnkişaf Proqramına dəstək göstərmək üçün 500 min funt sterlinq və ya 1 milyon manatdan çox vəsait ayıracağına dair elan etdiyi xəbəri paylaşmaqdan məmnunam. Biz bütün tərəfləri münaqişənin təsirinə məruz qalmış bütün sahələrə humanitar təşkilatların sərbəst giriş əldə etməsi üçün imkan yaratmaq məqsədilə BMT ilə işləməyə dəvət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti